İqbal Ağazadə parlamentdən kənarda qaldı

© facebookİqbal Ağazadə
İqbal Ağazadə - Sputnik Azərbaycan
Abunə olmaq
MSK 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Araz Əlizadəni lider elan etdi.

BAKI, 2 noy-Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə qalan 4 seçki dairəsi üzrə lider namizədi açıqlayıb.

Sputnik xəbər verir ki, Məzahir Pənahovun verdiyi məlumata görə, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində 70,3 faiz səslə Tahir Süleymanov (YAP), 118 saylı Ağdam şəhər Seçki Dairəsində 66,4 faiz səslə Bəxtiyar Əliyev (YAP), 121 saylı Laçın Seçki Dairəsində isə 62,5 faiz səslə Mahir Abbaszadə (YAP) lider namizəddir.

Daha çox diqqət çəkən 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə lider namizəd olub, Ümid Partiyasının sədri İqbal Ağazadə ikinci yerdə qərarlaşıb.

Azərbaycan üzrə 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən, yəni 5547 seçki məntəqəsindən daxil olan 2 milyon 894 min 515 seçki bülleteninin sayılması prosesi başa çatıb.

Xəbər lenti
0