ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır

© Sputnik, Али МамедовПарламентские выборы-2015
Парламентские выборы-2015 - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq müşahidəçilər: “Seçkilər Avropa standartlarına uyğun təşkil olunub”

ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır
“Seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu” bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.

 Onun sözlərinə görə, müşahidə zamani qanunların pozulması hallarına rast gəlməyiblər: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. Əminliklə deyə bilərəm ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi başqa yerdə seçki keçirilməsini müşahidə etməmişəm”. O qeyd edib ki, Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.

"Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bir sahələrdə problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır” – deyə, missiya rəhbəri əlavə edib.

İsrail parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib. İsrail parlamentinin deputatı, sabiq xarici işlər naziri, nümayəndə heyətinin başçısı Aviqdor Liberman  bildirib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: "İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib. Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Bu baxımdan mən Azərbaycan xalqını təbrik edirəm".

Qonaq qeyd edib ki, müşahidə etdikləri seçki məntəqələrində həm də yüksək seçki mədəniyyətinin şahidi olublar. A. Liberman hazırda Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyini söyləyib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirərək, bunun ikili standartlardan irəli gəldiyini vurğulayıb: “Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə də münasibətdə ikili standartlardan çıxış edirlər”.

Beynəlxalq müşahidəçi qismində iştirak edən rumıniyalı deputatlar seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər deputat Adrian Miroslav Merka bildirib ki, onlar müşahidəçi qismində seçkini Bakı və Bakıətrafı qəsəbələrdə izləyiblər. 

A.Merka bildirib ki, deputatlığa namizədlərin nümayəndələri və komissiya üzvləri ilə ayrı-ayrılıqda söhbət aparıblar:  “İstər iqtidar, istər müxalifət, istərsə  də bitərəf namizədlərin nümayəndələri məntəqələrdə idilər. Onların nümayəndələri də qeyd edib ki, hər hansı insident yaşanmayıb, seçki normal şəraitdə baş tutub. Seçicilər də səs verdikləri namizədləri tanıyırdı. Seçici fəallığı var idi. Gözdən əlil seçicilər belə səsvermədən kənarda qalmadılar. Bütün bunlar bizə onu deməyə əsas verir ki, seçkilər azad, şəffaf və demokratik olub. Azərbaycan tərəfinə öz təbriklərimizi çatdırırıq”.  

 Rumıniya parlamentinin digər üzvləri Lillana Cobanu və Razvan Rotaru da seçkilərin azad və demokratik şəraitdə baş tutduğunu qeyd ediblər.

 Beynəlxalq müşahidəçi qismində iştirak edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İdarə Heyətinin üzvü Şamil Ayrım ATƏT DTİHB-nun Azərbaycana müşahidəçi göndərməməsini qınayıb: “Artıq 4-cü dəfədir ki, Azərbaycanda seçkiyə müşahidəçi qismində qatılıram. Azərbaycan bu seçkini də uğurla keçirdi. Azərbaycan həqiqətən regionda uğurla yol qət edir. İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək”. 

 Türkdilli ölkәlәrin Әmәkdaşlıq Şurasının seçki missiyası seçki öncәsi kampaniya zamanı vә seçki günü heç bir hüquq pozuntusu müşahidә etmәyib. Bu barәdә missiyanın bәyanatında deyilir. Qeyd olunub ki, ümumilikdә missiya Bakıda 18, Gәncәdә 25 olmaqla 43 mәntәqәyә baş çәkib: "Mәntәqәlәri ziyarәt edәb zaman inzibati vә hüquq mühafizә orqanları tәrәfindәn müdaxilә hallarına rast gәlinmәyib. Seçkilәri әdalәtli vә qәrәzsiz müşahidә etmәk üçün yerli vә xarici müşahidәçilәrә lazım olan hüquqi vә tәşkilati şәrait yaradılıb. Azәrbaycanın milli qanunvericiliyinә uyğun olaraq insanların azad iradәsi tәmin olunub. Bәzi mәntәqәlәrdә veb kameralar quraşdırılıb. Әlil insanlar üçün lazımi şәrait yaradılıb. Nәticә  olaraq müşahidә missiyası tәsdiq edir ki, seçkilәr azad, şәffaf vә rәqabәtli aparılıb, Azәrbaycanın milli qanunverciliyinә vә ümumi qәbul olunmuş beynәlxalq seçki standartlarına uyğundur".

Xatırladaq ki, noyabrın 1- də keçirilən parlament seçkilərində ATƏT DTİHB və AŞPA nümayəndələri müşahidəçi qismində iştirak etməyiblər.

Xəbər lenti
0