BAKI, 2 noy — Sputnik. Rumıniya və Bolqarıstandan olan millətvəkilləri Azərbaycanda keçirilən seçkilər barədə öz düşüncələrini və müşahidələrini bölüşüblər.
"Dünənki səsvermə prosesi çox yüksək səviyyədə təşkil olunmuşdu. Hətta ölkənizdə keçirilən seçkilər innovativ baxımdan avropa ölkələri üçün nümunə ola bilər. Belə ki seçkilərdə gözdən əlillərin seçici hüququ tam təmin olundu. Onlar üçün xüsusi əlifba ilə namizədlər siyahısı hazırlanmışdı. O eyni zamanda bildirdi ki, seçki yüksək, sakit şəraitdə və normal keçib. Bunlar əsas verir ki, seçki demokratik və şəffaf olub", deyə Adrian Miroslav-Merka bildirib.
Öz növbəsində Bolqarıstandan olan xanım deputat Daniela Daritkova-Prodonova da seçkilərin yüksək səviyyədə keçdiyini deyib:
"Seçicilərin səsverməsi yüksək səviyyədə təşkil olunmuşdu. Məntəqələrdə müxalifət, bitərəf və iqtidar müşahidəçiləri və təmsilçiləri iştirak edirdi. Onlar üçün bərabərhüquqlu şərait yaradılmışdı. Onlarla söhbətimizdə bildik ki, onlar da seçkinin gedişatından razıdır"
Avropalı deputatlar Azərbaycana tərif yağdırdı
11:50 02.11.2015 (Yenilənib: 18:41 16.11.2021)
Səsvermə
Abunə olmaq
Bolqarıstandan olan xanım deputat Daniela Daritkova-Prodonova da seçkilərin yüksək səviyyədə keçdiyini deyib.