BAKI, 2 noy — Sputnik. Türkiyədəki parlament seçkilərində AKP-nin zəfərindən sonra prezident Rǝcǝb Tayyib Әrdoğan açıqlama verib.
"Millǝtimiz doğru qərar verərək sabitlik vǝ təhlükəsizliyin bǝrpasına sǝs verdi. Seçki nǝticǝlǝri bəzilərinə ən gözəl mesajı verdi. Ən vacib mesaj şübhǝsiz PKK terror tǝşkilatı vǝ onun nǝzarǝtindǝki tǝşkilatlanmalarla bağlıdır. İyunda keçirilǝn seçkidǝn sonra Türkiyǝdǝ zorakılığın, qanın, göz yaşının və terrorun qaranlıq üzünün hakim olması üçün çalışan terrora qarşı bölgǝ xalqı başda olmaqla millǝtimiz layiqli cavab vermişdir" deyə Ərdoğan bildirib.
Prezident sonda "bu iradǝyǝ hǝr kǝsin hörmǝtlǝ yanaşacağına inanıram" deyib.