Namizədlər necə təşviqat apardı?

© Sputnik / Алексей Куденко / Mediabanka keçidВыборы Президента Республики Азербайджан
Выборы Президента Республики Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Media təmsilçiləri parlament seçkiləri vaxtı təşviqat kampaniyasının istənilən səviyyədə olmadığı qənaətindədirlər

Namizədlər necə təşviqat apardı?
Azərbaycan növbəti parlament seçkiləri arxada qaldı. Seçkilərin nəticələrindən öncə 700-dən artıq namizədin təşviqat kampaniyasını necə və hansı formada aparmasına, bunların KİV-lərdə əksini tapmasına diqqəti yönəldək. Builki seçkilərdə irəli sürülən namizədlərin təbliğat- təşviqat kompaniyasının mətbuatda  işiqlandırılması ilə bağlı müxtəlif yanaşmalar oldu. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı fikrincə, ənənəvi mediadan bu seçkidə namizədlərin yararlanması işi çox zəif oldu:

“Seçki prosesində ən aktiv iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) oldu. Onun üzvlərini isə yalnız YAP-ın mediya orqanlarının imkanlarından yararlanmağı doğru qərar deyild. Ümumiyyətlə, belə yanaşma seçki prosesində mediyanın çəkisinin azalmasına səbəb oldu. Ənənəvi mediadan bu seçkidə namizədlərin yararlanması işi çox zəif idi. Müəyyən saytlarda ayrı-ayrı namizədlərin təbliğatı üçün bu imkanlar vardı və onlar yararlandılar. Seçki təbliğatı demək olar ki, sosial şəbəkələrdə aparıldı. Sosial şəbəkələri peşəkar jurnalistikanın hansısa tərkib elementi kimi görmək mümkündü ya qeyri mümkündür bu ciddi sual doguran məsələdir”.

Sosial medianın ən aparıcı media qurumlarını üstələdiyini Modern.az saytının redaktoru Elşad Eyvazlı da etiraf edir. Onun fikrincə, seçicilərlə görüşlərin dərhal “facebook”da yerləşdirilməsi əlavə tirajlanmaya ehtiyac qoymurdu. Bununla yanaşı E.Eyvazlının iradları da var:

“Son seçkilərdə namizədlər mediaya kifayət qədər diqqət yetirmədilər, yaxud da ona yer vermədilər. Artıq sosial media deyilən bir amil var ki, bu hətta ən aparıcı media qurumlarını üstələyibdir. Digər bir tərəfdən namizədlərin çoxu söyləyirdi ki, daha çox üstünlüyü seçicilərlə birbaşa görüşlərə verirlər. Artıq seçicilər ilə görüşlər anında facebook səhifəsində yer alırsa mediaya ehtiyac duyulmadığı hiss olunur. Bununla yanaşı yeni yaranan saytların kütləvi şəkldə “qara piar”a üstünlük verməsi müşahidə olundu. Bu “qara piar” yol verilməzdir”.

Xatırladaq ki, təşviqat kampaniyasında televiziyalar ümumiyytələ kənarda qaldı. Belə ki, hakim YAP pulsuz efir vaxtından imtina elədi, digər tərəfdən bir çox namizədlər ödənşli efir vaxtının baha təklif olunduğunu əsas gətirərək televiziyaların imkanlarından yararlanmadılar. 

Xəbər lenti
0