Partiyaların deputatları kimlərdir?

© vetennamine.azYeni Azərbaycan Partiyası
Yeni Azərbaycan Partiyası - Sputnik Azərbaycan
Abunə olmaq
125 deputat yerinin 71-ni YAP-ı təmsil edən namizədlər qazanıb.

BAKI, 2 noyabr — Sputnik. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələri açıqladı. Bu açıqlamaya görə, qaliblər siyahısında Yeni Azərbaycan Partiyası (YAP) yenə liderliyini qoruyub. 125 deputat yerinin 71-ni YAP-ı təmsil edən namizədlər qazanıb.

Bu seçkilərdə parlamentə düşən digər partiyalar isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİSP), Böyük Quruluş Partiyası (BQP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Vəhdət Partiyası, Ana Vətən Partiyası (AVP), Vətəndaş Birliyi Partiyası (VBP), Azərbaycan Demokratik Maarifçilik Partiyasıdır (ADMP).
Bu partiyalardan VHP-ni çıxmaq şərtilə (2 depuat) qalanlarının hər birindən yalnız bir nəfər seçilib.

Modern.az partiyalar üzrə kimlərin deputat olduğunu təqdim edir.

BAXCP-dən 7 saylı Ordubad-Culfa seçki dairəsindən partiyanın sədri Qüdrət Həsənquliyev, ADİSP-dən 22 saylı Nəsimi ikinci seçki dairəsindən partiyanın sədri Asim Mollazadə, BQP-dən 26 saylı Sabunçu birinci seçki dairəsindən partiyanın başqanı Fazil Mustafa, MDHP-dən 31 saylı Suraxanı ikinci seçki dairəsindən partiyanın rəhbəri Fərəc Quliyev, ASDP-dən 35 saylı Xətai üçüncü seçki dairəsindən partiyanın sədri Araz Əlizadə, VHP-dən 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli, AVP-dən 60 saylı Salyan-Neftçala seçki dairəsindən partiyanın sədri Fəzail Ağamalı, ASRP-dən 66 saylı Biləsuvar seçki dairəsindən sədr Xanhüseyn Kazımlı, Vəhdət Partiyasından 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən partiyanın rəhbəri Tahir Kərimli, VBP-dən 88 saylı Göyçay seçki dairəsindən sədr Sabir Hacıyev, ADMP-dən 110 saylı Zaqatala seçki dairəsindən sədr Elşən Musayev növbəti 5 il müddətinə Milli Məclisə deputat seçilib.

Eyni zamanda, səsvermədə 39 nəfər bitərəf namizədlər də qalib olub. Bunlar 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən Səttar Mehbalıyev, 8 saylı Binəqədi birinci seçki dairəsindən Azay Quliyev, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Madər Musayev, 15 saylı Yasamal birinci seçki dairəsindən Ülvi Quliyev, 6 saylı Yasamal ikinci seçki dairəsindən Aytən Mustafayeva, 17 saylı Yasamal üçüncü seçki dairəsindən Elşad Həsənov, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Rasim Musabəyov, 20 saylı Nərimanov ikinci seçki dairəsindən Adil Əliyev, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Ziyad Səmədzadə, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Eldar Quliyev, 34 saylı Xətai ikinci seçki dairəsindən Fuad Muradov, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Hacı Salayev, 46 saylı Şirvan seçki dairəsindən Rafael Cəbrayılov, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Zeynəb Xanlarova, 52 saylı Quba seçki dairəsindən Vahid Əhmədov, 57 saylı Kürdəmir seçki dairəsindən Müslüm Məmmədov, 59 saylı Salyan seçki dairəsindən Əliağa Hüseynov, 62 saylı Saatlı seçki dairəsndən Əflatun Amaşov, 71 saylı Masallı kənd seçki dairəsindən Elmira Axundova, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Musa Qasımlı, 73 saylı Lənkəran şəhər seçki dairəsindən Rüfət Quliyev, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Aqil Abbasov, 85 saylı Şamaxı seçki dairəsindən Elxan Süleymanov, 86 saylı İsmayıllı seçki dairəsindən Novruzəli Aslanov, 90 saylı Ağdaş seçki dairəsindən Çingiz Əsədullayev, 92 saylı Zərdab-Ucar seçki dairəsindən Jalə Əliyeva, 93 saylı Bərdə şəhər seçki dairəsindən Gövhər Baxşəliyeva, 94 saylı Bərdə kənd seçki dairəsindən Zahid Oruc, 5 saylı Tərtər seçki dairəsindən Sahib Aliyev, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Mahir Aslanov, 01 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Rövşən Rzayev, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Valeh Ələsgərov, 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Ülviyyə Ağayeva, 107 saylı Qazax seçki dairəsindən Kamran Nəbizadə, 112 saylı Qax seçki dairəsindən Azər Kərimli, 114 saylı Şəki kənd birinci seçki dairəsindən Əli Məsimli, 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Cavanşir Feyziyev, 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov, 18 saylı Ağdam şəhər seçki dairəsindən Bəxtiyar Əliyev, 122 saylı Xankəndi seçki dairəsindən Flora Qasımovadır.

Qalib namizədlərin böyük əksəriyyəti bundan əvvəl deputat olublar. Yeni seçilən deputatlar sırasında Mətbuat Şurasının sədri Əflatun Amaşov, əməkdar rəssam Ülviyyə Həmzəyeva, "Kaspian Konsaltinq" şirkətinin hüquqşünası Elşad Həsənovu qeyd etmək olar.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib.

Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd, 22 partiya mübarizə aparıb.

Xəbər lenti
0