Sabah seçkilərin yekun nəticələri bəlli olacaq

© AzərtacMərkəzi Seçki Komissiyası 1 noyabr seçkilərinin ilkin nəticələrini açıqladı
Mərkəzi Seçki Komissiyası 1 noyabr seçkilərinin ilkin nəticələrini açıqladı - Sputnik Azərbaycan
Abunə olmaq
DSK-lar tərəfindən sənədlərin MSK-ya təqdim olunması müddəti noyabrın 3-də başa çatır.

BAKI, 2 noyabr — Sputnik. Sabah Milli Məclisə noyabrın 1-də keçirilən V çağırış seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması üçün ayrılan müddət başa çatacaq. 

Sputnik APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən DSK-lar seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması prosesini səsvermə günündən ən gec 2 gün keçənədək başa çatdırmalıdır.
Milli Məclisə seçkilərlə əlaqədar DSK-lar bu prosesi noyabrın 3-dən gec olmayaraq, başa çatdırmalıdır. Mərkəzi Seçki Komissiyası Milli Məclisinə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulmasının səsvermə günündən ən gec 20 gün keçənədək başa çatdırmalı və protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Xəbər lenti
0