Dövlət Baxçalı istefa verib?

© mhp.org.trMHP lideri Dövlət Baxçalı
MHP lideri Dövlət Baxçalı - Sputnik Azərbaycan
Abunə olmaq
Öz dairəsində seçkini uduzan MHP liderinin istefa verdiyi bildirilsə də, partiya xəbəri təkzib edir.

BAKI, 1 noyabr-Sputnik. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası(MHP) Dövlət Baxçalının bu gün tutduğu postdan istefa verdiyi barədə xəbəri təkzib edib. 

Sputnik-in məlumatına görə, Osmaniyədə keçirilən seçkilərin nəticələrinə görə, AKP-nin birinci partiya olduğunu bəyan edən jurnalist Ərhan Çelik "HDP deyil, amma Baxçalı baraj altında qaldı. Öz vətəni Osmaniyədə MHP ikinci partiyadır." — deyib. Çelik, öz tvitter hesabında MHP lideri Dövlət Baxçalının istefa qərarı verdiyini açıqlayıb.
Bu tvitdən sonra MHP-dəki mənbələr istefa xəbərini təkzib ediblər.
Bu gün Türkiyədə keçirilən təkrar parlament seçkilərində Ədalət İnkişaf Partiyası (AKP) legitim səslərin 49,4%-ni alaraq seçkidə birinci yerə çıxıb.
Seçkini 25,4% səslə ikinci yerdə Cümhuriyyət Xalq Partiyası (CHP) tamamlayıb. 7 iyundakı seçki ilə müqayisədə 4% səs itirərək 12% səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) məclisdə 41 kresloya sahib olacaq. Xalqların Demokratiya Partiyası (HDP) isə məclisə 10% səslə girib.

Xəbər lenti
0