Seçici fəallığı yüksək və zəif olan dairələr açıqlanıb

© Sputnik / Али МамедовГраждане Азербайджана голосуют на парламентских выборах.
Граждане Азербайджана голосуют на парламентских выборах. - Sputnik Azərbaycan
Abunə olmaq
Ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində, ən aşağı seçici fəallığı isə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb.

BAKI, 1 noyabr-Sputnik. Azərbaycanda parlament seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb.

Sputnik-in xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində (81,2 faiz), ən aşağı seçici fəallığı isə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb (36,1 faiz).

İlkin məlumata görə, Milli Məclisə seçkilərdə 2 897 188 seçici səs verib. Parlament seçkilərində seçici fəallığı 55,7 faiz təşkil edib.

Səsvermə saat 19:00-da başa çatıb.

Xəbər lenti
0