Türkiyədə səsvermə prosesi başa çatıb

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidTürkiyənin bayrağı
Türkiyənin bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.

BAKI, 1 noy — Sputnik. Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilər keçirilib.

Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) başlayıb. 

Ali Seçki Şurasının statistikasına görə, ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər səsvermə hüququna malik şəxs var. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb.

Oktyabrın 10-da  Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da (Bakı vaxtı ilə 17.00) başa çatmasını qərarlaşdırıb. Digər bölgələrdə proses saat 17.00-da (Bakı vaxtı ilə 18.00) başa çatıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.

Xəbər lenti
0