Namizədə qarşı seçki təxribatı

© Photo : TRENDAzay Quliyev
Azay Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlığa namizəd 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində təşkil olunun seçki təxribatı barədə bəyanat yayıb.

BAKI, 1 noy — Sputnik. Deputatlığa namizəd 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində təşkil olunun seçki təxribatı barədə bəyanat yayıb.

Bu barədə Sputnik-ə məlumat 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olan Azay Quliyevin seçki qərargahından daxil olub.

Namizədin seçki qərargahından daxil olan bəyanatda deyilir ki, bəzi namizədlərin yaratdığı təxribat qrupu sosial şəbəkələr üzərindən saxta materiallar yayırlar: “Azay Quliyevin adı işarələnmiş bülletenlərin şəklini çəkərək guya onun seçiciyə pulla verildiyi haqda dezinformasiyalar yayırlar. 

Eyni zamanda, əldə etdiyimiz məlumata görə bu qrup Azay Quliyevn adı işarələnmiş saxta bülletenlər hazırlayaraq onları tək-tək və topa şəklində seçki qutularına atmağa cəhd göstərərək, seçki prosesinin demokratikliyinə xələl gətirməyə çalışırlar. 

Daxil olan digər məlumata görə təxribatçı qrup guya inzibati resurslardan və “karusel” üsulundan istifadə etməklə seçicilərin kütləvi şəkildə məntəqələrə gətirilməsi haqda saxta məlumatlar yaymağı da planlaşdırırlar. 

Bu hallarla bağlı biz artıq, yerli və beynəlxalq müşahidəçiləri məlumatlandırmışıq. 

Azay Quliyevin Seçki Qərargahı bu kimi qanunazidd əməlllərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə MSK, 8 saylı DSK və hüquq-mühafizə orqanlarına müraciət edib".

Xəbər lenti
0