Ən aşağı seçici fəallığı qeydə alınan seçki dairəsi açıqlanıb

Səsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün saat 17:00-a qədər Milli Məclisə V çağırışda keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb.

BAKI, 1 noy — Sputnik. Bu gün saat 17:00-a qədər Milli Məclisə V çağırışda keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb. 

Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər Seçki Dairəsində (78,8 faiz) qeydə alınıb.

Ən aşağı seçici fəallığı 31 saylı Suraxanı Seçki Dairəsində (31,9 faiz) olub.

Xəbər lenti
0