Bakı sakini seçkilərlə bağlı elə söz dedi ki...

© sputnik.az/Fuad HəsənovElnur Məmmədov - seçici
Elnur Məmmədov - seçici - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur Məmmədov: Bundan əvvəl seçilən, lakin verdiyi sözləri tutmayan bir çox deputatın ucbatından vətəndaşlarda səsverməyə həvəs qalmayıb.

BAKI, 1 noy — Sputnik. Səsvermək üçün məntəqələrə üz tutan bəzi vətəndaşlar seçici sayının azlığından şikayətləniblər.

"Bundan əvvəl seçilən, lakin verdiyi sözləri tutmayan bir çox deputatın ucbatından vətəndaşlarda səsverməyə həvəs qalmayıb. Çox təəssüf edirəm ki, insanlarda seçki abu havası yoxdur. Daha doğrusu onlarda ümid qalmayıb. Lakin inanıram ki, bu dəfə seçiləcək olan millətvəkilləri daha aktiv işləyər və xalqın güzaranı üçün çalışarlar" deyə Bakı sakini Elnur Məmmədov bildirib.

Seçkilərdə müşahidəçi qismində iştirak edən xarici müşahidəçilər isə səsvermə prosesində hər hansı problem olmadığını bildiriblər.

"Paytaxtda bir neçə  məntəqədə müşahidələr aparmışıq, hələlik hər şey öz qaydasındadır". Bunu Sputnik-ə açıqlamasında Serbiyadan olan müşahidəçi İqor Becic deyib. Onun sözlərinə görə, seçkilər yaxşı təşkil olunub və qanunvericiliyə uyğun olaraq problemsiz keçirilir".

Xəbər lenti
0