BAKI, 1 noy — Sputnik. Rusiya sərnişin təyyarəsi Sina yarımadasında qəzaya uğradıqdan sonra bir neçə aviaşirkət yarınada üzərindən üçüşları dayandırmağa qərar verib. Arabian Business xəbər portalının məlumatına görə artıq Flydubai şirkətidə bu cür uçuşları dayandırır.
"Flydubai şirkətinin uçuşları Sina yarımadasından yan keçərək yerinə yetiriləcək",- deyə şirkət nümayəndəsi bildirib. Onun sözlərinə görə rəhbərlik Rusiya avialaynerinin qəzaya uğraması səbəblərinin araşdırılması məsələsini diqqətlə izləyəcək.
Bundan öncə Sina üzərindən uçuşları artıq Air France, Lufthansa və Emirates Airlines aviaşirkətləri qəbul edib. Şirkətlər qeyd edir ki, heç bir uçuş ləğv edilmir, sadəcə onlar yarımada üzərindən keçmədən həyata keçiriləcək.
Rusiyanın Şarm-əş-Şeyxdən Sankt-Peterburqa üçan Airbus-321 təyyarəsi şənbə günü Sina yarımadasında qəzaya uğrayıb, göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.