BAKI, 1 noy — Sputnik. Milli Məclisə keçirilən seçkilərlə əlaqədar hər hansı insident qeydə alınmayıb. Bunu Trend-ə Daxili İşlər Nazirliyindən bildiriblər.
Nazirlikdə qeyd ediblər ki, saat 13:45-ə olan məlumata əsasən hər şey qaydasındadır.
Daxili İşlər Nazirliyi orqanları Milli Məclisə keçirilən seçkilərlə əlaqədar oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində işləyir. Bununla bağlı nazir Ramil Usubov müvafiq əmr imzalayıb.