Seçkilərin gedişatı ilə bağlı MSK-ya rəsmi şikayət daxil olmayıb

© AZƏRTAC gsr.fmMSK sәdri Mәzahir Pәnahov
MSK sәdri Mәzahir Pәnahov - Sputnik Azərbaycan
Abunə olmaq
Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib.

BAKI, 1 noy — Sputnik. "Səsvermə üçün 5547 məntəqə hazır vəziyyətə gətirilib. Seçki məntəqələri vaxtında açılıb, saat 08.00-da səsvermə başlayıb".

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, səsvermə prosesi indiyədək normal davam edir: "Saat 12.00-dək seçicilərin 28.02 faizi səsvermədə iştirak edib. Hesab edirəm yaxşı nəticədir. Heç bir ciddi pozuntusu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib. Məsələn, 63 saylı Sabirabad I seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi 2 seçicinin əlindən bülleteni alaraq, qaçıb. Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib. Belə hallar qeydə alınsa da, nəticələrə təsir edəcək hadisələr baş verməyib. İndiyədək MSK-ya rəsmi şikayət daxil olmayıb".

Qeyd edək ki, M. Pənahov 10 saylı Binəqədi III seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib. 

Xəbər lenti
0