BAKI, 1 noy — Sputnik. Suriyada Türkiyə Hərbi Hava qüvvələrinin iştirakı ilə keçirilən əməliyyatda 50-dən artıq İŞİD terrorçusu öldürülüb daha 30 isə yaralanıb. RİA Novostinin Anadolu agentliyinə istinad verdiyi xəbərə görə, əməliyyatda Türkiyəyə məxsus altı F-16 qırıcısı iştirak edib.
Türk qırıcıları dövlət sərhəddindən 5 km məsafədə yerləşən Harecele və Delha yaşayış məntəqələri ətrafına zərbələr endirib. Zərbələr nəticəsində terrorçuların səkkiz obyekti məhv edilib.