Seçkiləri izləyən jurnalistlərdən MŞ-ya yalnız bir müraciət daxil olub

© btnet.com.trSəsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu müxtəlif seçki məntəqələrində müşahidələr aparır.

BAKI, 1 noy — Sputnik. Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu müxtəlif seçki məntəqələrində müşahidələr aparır.

MŞ-dan verilən məlumata görə, saat 11-dək şuranın "qaynar xəttinə" jurnalistlərdən yalnız bir müraciət qeydə alınıb. "Report" İnformasiya Agentliyinin müxbirinin müraciəti qəbul edilib və 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin olunub, yaranmış anlaşılmazlıq aradan qaldırılıb.

Mətbuat Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq  «qaynar xətt» rejimində fəaliyyətdədir.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda yuxarıda qeyd edilən nömrələrə zəng etməklə məlumat verə bilərlər. Şura işini Mərkəzi Seçki Komissiyası, habelə digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində qurur və seçkini işıqlandıran jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq

Xəbər lenti
0