CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhbus qadınlar səsvermədə fəaldırlar

həbsxana
həbsxana - Sputnik Azərbaycan
Abunə olmaq
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadınlar üçün olan cəzaçəkmə müəssisəsində olub.

BAKI, 1 noy — Sputnik. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadınlar üçün olan cəzaçəkmə müəssisəsində olub.

Secki-2015.az saytının məlumatına görə, cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən Ombudsman E.Süleymanova bildirib ki, bu, onun müşahidə apardığı ilk seçki məntəqəsədir.

Ombudsman qeyd edib ki, məhkumlar seçkilərdə fəal iştirak edirlər. Bu özünü 4 saylı cəzaçəkmə müəssisəsində də göstərir.

Xatırladaq ki, bu gün Azərbaycanda parlament seçkiləri keçirilir. Seçkilərdə 450 qadın məhbus seçicinin iştirak edəcəyi gözlənilir. Beş müşahidəçi seçki prosesini müşahidə edir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 63 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit-poll” keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Xəbər lenti
0