MDB ölkələrinin xüsusi xidmətləri terrorçular və onların köməkçiləri haqda kəşfiyyat məlumatlarının mübadiləsini artırmalıdırlar. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib. Onun sözlərinə görə, indiki vəziyyət terror hərəkətlərinin fiziki, informasiya və ideoloji cəhətdən yatırılması üçün sürətli və həlledici fəaliyyət tələb edir.
Aleksandr Bortnikovun fikrincə, İŞİD layihəsinin köməyi ilə bəzi ölkələr dünyanı dağıdıcı nəticələrlə dolu qlobal dini və mədəniyyət münaqişəsi ilə üzbəüz qoydular. Federal Təhlükəsizlik Xidmətinin rəhbəri qeyd etdi ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatının məqsədi hal-hazırda Yaxın Şərqdə döyüşən terrorçüların MDB ölkələrinə kütləvi halda qayıtmaqlarının qarşısını almaqdır.
Aleksandr Perenciyev “Sputnik” radiosunun efirində eləcə də terrorçuları maliyyələşdirən kanalları bağlamaq üçün birgə səylərin vacibliyini vurğuladı.
“Biz müxtəlif terror təşkilatlarını maliyyələşdirən kanalları bağlamaq haqda danışmalıyıq. Bu yaxınlarda mən Əfqanıstanın Müdafiə məsələləri üzrə attaşesi ilə danışmışam. O mənə deyib ki, Taliban və İŞİD terrorçuları Əfqanıstan ordusundan daha yaxşı silahlanıblar. O rəqəmlər də qeyd edib: Əfqanıstan əsgərinə 200 dollar ödəndiyi halda, terrorçulara onların himayədarları 400 dollar ödəyirlər. Terror təşkilatlarının maliyyələşməsi çox güclü maliyyə mənbəyi tərəfindən məqsədyönlü şəkildə aparılır. Düşünürəm ki, biz bu mübarizədə dünyanın aparıcı dövlətləri ilə birgə hərəkət etsək, terrorizmi zəiflədə bilərik. Çünki terrorizm, ona yatırımlar edənlərə böyük mənfəət gətirən real bir biznesdir. Bu biznesi sındırmaq, məhv etmək lazımdır” – Aleksandr Perenciyev deyib.
Onun fikrincə, İŞİD düşünülmüş imicli bir layihədir.
“Terrorçuların bu işə cəlb olunması yalnız müsəlmanların yaşadığı regionlarda deyil, əlverişsiz sosial-iqtisadi vəziyyəti olan ölkələrdə baş verir. İnsanlar özləri üçün perspektivlər axtarırlar, pul sayəsində də onları bu işə cəlb edirlər. İŞİD özü iqtisadi layihədir, onun düşüncəli informasiya dəstəyi və reklamı gedir. Hesab edirəm ki, məqsəd onu məhv etmək üçün sistem qurmaqdır. Yalnız maliyyələşdirmə kanallarını bağlamaq deyil, eləcə də bu layihənin imicinə zərbə endirmək lazımdır. Sonra isə hərbi komponenti qoşmaq lazımdır. Bütün bunlar terror təhlükəsinə qarşı təsirin səmərəliliyini artıracaq”- politoloq bildirib.
RİA-Novosti