Dəyişikliklər miqrantların həyatının bir sıra aspektləri ilə bağlıdır. Qaçqın statusunun verilməsi üçün müraciətlərin baxılma müddəti altı aya qədər artır. Pul müavinətlərinin ödənilməsi də dayandırılır, indi onların əvəzinə ərzaq və ilkin təlabat malları paylanacaq. Vətəndaşlarının Almaniyada sığınacaq almaq hüququndan məhrum olan ölkələrin siyahısı genişləndirib. İndi Serbiya, Bosniya və Makedoniya ilə yanaşı, bu siyahıya Çernoqoriya, Kosovo və Albaniya da qoşulublar. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Alman Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Aleksandr Kamkin hesab edir ki, bu cür addımlar müxtəlif səviyyələrdə tənqidlə qarşılaşacaqlar:
“Bundestaqda olduqca sərt müzakirələr, eləcə də qeyri-hökumət, hüquq müdafiə təşkilatları, xüsusən də solçular tərəfindən intersiv tənqid gözləmək olar. Bir neçə ay əvvəl Angela Merkel deyirdi ki, Almaniya bütün miqrantları qəbul edə bilər, indi isə onların ölkədə yayılmasının qarşısını almaq haqda düşünürlər. Digər tərəfdən isə hakimiyyət də bu problemi necə həll edəcəyini bilmir. Çünki Angela Merkel tərəfindən göstərilən geniş jestlər, Almaniyanın hamını qəbul edəcəyi bildirişləri bir neçə ay sonra öz statuslarından sui-isti fadə edən qaçqınların ölkədən qovulacaqları xəbəri ilə təkzib olundu. Buna görə deyə bilərik ki, Alman hakim elitası parçalanıb”.
Arsenalda olan daha bir vasitə qaydaları pozanları ölkədən kənarlaşdırmaq hüququdur. Əgər kimsə arzu etdiyi statusu yalanla almağa cəhd etsə tezliklə öz evinə qayıtmalı olacaq. Bu isə miqrantlara qarşı olan əvvəlki münasibətdən fərqlidir. “Ali İqtisadiyyat Məktəbi” Dövlət Universitetinin dekan müavini İqor Kovalyov bildirib ki, bu dəyişikliyin səbəbi iqtisadi vəziyyətin dəyişməsidir:
“Əlbəttə ki, bu, ucuz işçi qüvvəsinin axınıdır. Xatırlatmaq istərdim ki, vaxtilə Almaniya Türkiyə və keçmiş Yuqoslaviya vətəndaşlarını iş üçün dəvət edirdi. Onun məqsədi almanların işləmək istəmədiyi aşağı ödənişli işlərin yaratdığı boşluğu doldurmaq idi. Amma indi problem daha da ciddidir. Böhran şəraitində Avropa İttifaqı ölkələrində işçi əməyinə tələb çox azalıb və onlar işçi qüvvəsinə böyük bir ehtiyac duymurlar”.
Lakin çətinliklər yalnız qaçqınları gözləmir. Aleksandr Kamkinin sözlərinə görə, Almaniyanı ciddi dəyişikliklər gözləyir, ölkə hakimiyyəti isə güvən böhranı ilə üzləşəcək:
“Bu, hakim partiyanın və şəxsən Merkelin populyarlığının azalmasına gətirib çıxara bilər. Çünki sıravi almanlar da gilelənməyə başlayırlar. PEGİDA hərəkatı da, miqrasiya yüksəlişindən əvvəl başlasa belə, boşuna yaranmayıb. Ona görə deyə bilərik ki, narazılıq, ən əsası da ölkə siyasətinin Alman cəmiyyəti tərəfindən anlaşılmaması (bir tərəfdən miqrasiyanı dəstəkləyirlər, digər tərəfdən onu məhdudlaşdırırlar) əhalinin böyük bir hissəsində Alman hakimiyyətinə qarşı güvənin azalmasına gətirib çıxara bilər”.
Almanlar hökumətin öz qərarlarının nəticələrini əvvəlcədən hesablaya bilmədiyi haqda daha çox danışmağa başlayıblar. Artıq buraxılan səhvlər nəticəsində vəziyyət sürətlə dəyişir. Siyasətçilər isə bu gərginliyi azalda bilən heç bir təklif də edə bilmirlər.