Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakı Vergilər Departamentinin rəisi dəyişdirildi

© sputnik.azVergilər Departamenti_Nərimanov rayonu
Vergilər Departamenti_Nərimanov rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri baş verib.

BAKI, 31 okt — Sputnik. Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri baş verib.

Nazirlikdən fins.az-a verilən məlumata görə, Vergilər naziri Fazil Məmmədovun əmri ilə dəyişikliklər Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyini əhatə edib.

Belə ki, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov vəzifəsindən azad edilərək Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi təyin edilib.

Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov isə Bakı Vergilər Departamentinin rəisi təyin edilib.

Vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini təyin edilib.

Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev isə Bakı Vergilər Departamenti rəisinin müavini təyin olunub.

Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçirilib.

Xəbər lenti
0