Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişi-qadın münasibətlərinin bəzi məqamları

© PembekafeQadınların bədən hərəkətləri kişilərə nə deyir?
Qadınların bədən hərəkətləri kişilərə nə deyir? - Sputnik Azərbaycan
Kişi-qadın münasibətlərində bəzi mütləq sayıla biləcək məqamlar da var.

BAKI, 31 okt — Sputnik. Kişılərə təsir etmək üçün qadınların bildikləri bir sıra bəlli davranşılar vardır. Bunlardan başlıca olanları görüşə gedərkən təpədən dırnağa bəzənmək və ya kişilərə şirin ləqəblərlə səsləmək kimi klassik davranışlardır.

Kişi-qadın münasibətlərində bəzi mütləq sayıla biləcək başqa məqamlar da var. Lakin "mütləq" istisnaları inkar etmir:

1. Hər nə qədər dodaq parladıcının yapışmasından şikayət etsələr də, islaq görünüşlü parlaq dodaqlar kişiləri cəzb edər.

2. Kişilərin çoxu qadınların çantalarında daşıdıqlarına lağ etsələr də, hər ehtimala görə qadınların əşya daşımaları onların xoşuna gedər.

3. Kişilərin çoxu evlərində səliqəsiz olurlar, evlərini səliqə-səhmana salan qadınlardan onlar vaz keçməzlər.

4. Bəhanə olmasa belə sadəcə ağlınızdan keçdiyi üçün ona zəng etmənizdən, etiraf etməsələr də, əslində təsirlənmiş olurlar. Çünki, bu hərəkətiniz onu düşündüyünüzü bəlli edir.

5. Qadınların əllərinin yumşaq və gözəl qoxulu olması kişiləri valeh edir.

6. Özlərini qadınların qoruyucusu kimi hiss etmək kişilər üçün bir qürurdur.

7. Özünüzə baxmaq, geyim-keçim üçün xərclədiyiniz pullar Kişiləri yandırsa belə, əslində onlara təsir edən faktorlardan biridir.

8. Qadınların nə qədər baxımlı olmasına diqqət etmələri ilə yanaşı onların sadə və təbii olmasını da gözdən qaçırmazlar. Həddindən çox makiyaj və abartılmış geyim onlara təbiiliyiniz qədər təsir etməyəcəkdir.

9. Həyatlarının hər sahəsində bacarıqlı, nə istədiyini bilən və yardımsevər qadınlar kişiləri cəzb edər.

10. Uşaqlarla yola gedən və onları sevən qadınlar kişilərə xoş gəlir.

11. Bəzi kişilər köynəyini və ya maykasını qadının geydiyini görməkdən çox zövq alır.

12. Bəzi kişilər qadınların dırnaqlarına çox dıqqətli olmasından, boyalı və baxımlı olmasından təsirlənirlər.

13. Bəzən kişilərin qadınlarla qəsdən dalaşdıqlarını da unutmayın. Bu durumda kimisi inadkar qadınları cezbedici hesab edir, kimisi də uşaq kimi küsən qadınları sevir.

14. Kişilərin qəlbinə gedən yol mədələrindən keçər. Böyük həvəslə hazırladığınız bir yemək onun üçün vazkeçilməyən olacaqdır.

15. Kişilər onların sözlərini diqqətlə dinləyən qadınları daha çox sevirlər.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала