BAKI, 31 okt — Sputnik. Misirin Sinay yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsinin qalıqları tapılıb.
Bu barədə Youm7 nəşri xəbər verir.
Məlumata əsasən, Misir təhlükəsizlik qüvvələri hadisə yerindədirlər.
Bir müddət öncə RİA Novosti Koqalımavia şirkətinə məxsus Airbus-321 təyyarəsinin havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itdiyini bildirmişdi. Təyyarə Şarm-əş-Şeyx (Misir) — Sankt-Peterburq reysi üzrə uçurmuş. Təyyarədə 217 sərnişin və heyət üzvləri olub.