Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə 21 yaşlı qadın intihara cəhd etdi

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

BAKI, 30 okt — Sputnik. Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib. Atası Allahverdi Mustafayev APA-ya bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb. O, qızının dəfələrlə zorakılığa məruz qaldığını deyib: “Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.

N. Qasımovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, baş həkim Bakıdan mütəxəssislər dəvət edib.

N. Qasımovanın ailə üzvləri  Ağcabədi rayon Polis Şöbəsinə və rayon Prokurorluğuna müraciət edib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0