Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağdaşlı sahibkar özünü niyə güllələyib?

Abunə olmaq
Baş Prokurorluq Ağdaş rayonunda baş verən intiharla bağlı məlumat yayıb.

BAKI, 30 okt — Sputnik. Baş Prokurorluq Ağdaş rayonunda baş verən intiharla bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri qeyri-peşəkarlıq nümayiş etdirilərək ailə-məişət zəminində yaranmış davamlı mübahisələrin nəticəsi olaraq ailə başçısının intihar etməsini oxucu diqqəti cəlb etmək üçün “sensasiya donu” geyindirməklə cəmiyyətə təqdim etməyə çalışıblar.

Həmin kütləvi informasiya vasitələrinin rəhbərləri ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatları gələcəkdə dərc edəcəkləri təqdirdə, barələrində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəkləri barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən şifahi xəbərdarlıq ediliblər.

“Sahibkar atasının qəbri üstündə özünü güllələyib” başlığı altında ictimaiyyətə təqdim edilmiş informasiya ilə əlaqədar bildiririk ki, həmin hadisə oktyabrın 30-da Ağdaş rayonunun Güvəkənd kəndində baş verib. Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm İsmayılov saat 12.00 radələrində kənd qəbiristanlığında ov tüfəngindən atəş açmaqla, intihar edib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, əvvəllər Ağdaş və ətraf rayonlarda biyan bitkisi kökünün istehsal məqsədi ilə toplanması və təhvil verilməsi işi ilə məşğul olmuş M. İsmayılov başqa qadınla qeyri-rəsmi ailə qurmaqla, azyaşlı övladının olması səbəbindən ailə üzvləri ilə aralarında ciddi narazılıqlar yaranıb. Bundan başqa hərraca çıxarılmış avtomobillərin alqı-satqısı prosesində müstəqil ekspert kimi  fəaliyyət göstərməklə, ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pullar alaraq geri qaytara bilməyib. İlkin ehtimallara görə M. İsmayılovun intihar etməsinin səbəbləri həmin xüsusatlardır. Lakin hadisənin digər səbəblərdən baş vermə fərziyyələri ətrafında istintaq tədbirləri davam etdirilir”, — deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0