BAKI, 30 okt – Sputnik. Türkiyənin ingilis dilində efirə çıxan TRT World kanalı oktyabrın 29-da yayıma başlayıb.
Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan TRT WORLD-un siyasi deyil, sosial kanal olacağını bildirib.
“Son dövrlər türk serialları və kanalları bölgədə böyük əks-səda yaratdı. TRT World də bunun bir hissəsi olacaq. Kanalın mərkəzləşdiyi faktor siyasət deyil, insandır”, deyə Akdoğan əlavə edib.