BAKI, 30 okt — Sputnik. Noyabrın 1-də Türkiyədə keçiriləcək parlament seçkilərində nəticələr 7 iyunda keçirilən seçkilərin təkrarı olacaq.
Bunu Sputnik-ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, təkrar seçkilərin ilk anında ortada iki ssenari mövcud idi.”Onalrdan biri hakim partiya olan AKP seçkilərdə mütləq qələbə çalaraq təkbaşına hakimiyyəti formalaşdırır. İkincisi isə yen 7 iyun seçkilərinin nəticələri təkraralanır. Elə belə də oldu. Aparılan rəy sorğuları və analizlər göstərir ki, 1 noyabrda Türkiyədə keçiriləcək parlament seçkilərində 7 iyundakı nəticələr təkrarlanacaq və dörd partiya parlamentə düşəcək. Nəticələrdə elə də ciddi fərq olamayacaq. Yenə də AKP 1-ci, CHP 2-ci, MHP 3-cü və HDP 4-cü olacaq”, — deyə politoloq vurğuladı.
Politoloq bildirdi ki, AKP təkbaşına hakimiyyət formalaşdıra bilmədiyindən yenidən koalisyon hakimiyyət formalaşdırmaq üçün CHP və MHP ilə danışıqlara başlayacaq: “Danışıqlar CHP və MHP ilə aparılacaq. Böyük ehtimalla koalisyon hökumət CHP ilə qurulacaq. Başqa alternativ yoxdur. Ona görə ki, MHP-nin irəli sürdüyü təkliflər ağırdır və AKP bu şərtləri yerinə yetirə bilməyəcək. Baxmayaraq ki, AKP ilə MHP bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Mən koalisiyanı AKP ilə CHP arasında görürəm. Bu, uzunömürlü olacaq ya qısa, tamam başqa mövzunun söhbətidir. Bunun alternativi yoxdur”.
Şahinoğlu onu da əlavə etdi ki, bu koalisiya etimadı doğrultmayacaq: “Türkiynin müasir tarixi göstərir ki, bu ölkədə koalisiyalar uzunömürlü olmur. Ancaq indiki şəraitdə koalisiyadan başqa variant da yoxdur. Vətəndaşı üçüncü dəfə seçkiyə götürmək asan məsələ deyil. Artıq vətəndaş da, hakimiyyət də, müxalifət də seçkidən yorulub. O baxımdan AKP və CHP ortaq məxrəc tapıb bir araya gəlib koalisyon hökumət formalaşdırmalıdırlar. Əks təqdirdə ölkədəki mürəkkəb vəziyyət daha da mürəkkəb duruma düşəcək. Digər tərəfdən ölkədə terrora qarşı mübarizə aparılmalıdır. Ona görə də bir daha təkrar edirəm ki, bu gün vəziyyətdən çıxış yolu kimi koalisyon hökumətin alternativi yoxdur.”
Ekspert bildirdi ki, Ankarada terror hadisəsi olmayanadək AKP-nin seçkidə mütləq qələbəsinə inanmaq olardı: “Amma Ankaradakı məlum terror hadisəsi HDP haqqında cəmiyyətdə məzlum obrazı yaratdı və nəticədə bu partiya barajı aşa biləcək".