BAKI, 30 okt — Sputnik. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turzm müşavirliyinə yeni təyinat olub.
Bu barədə Sputnik-ə səfirlikdən məlumat verilib.
Səfirlikdən bildirilib ki, səfirin mədəniyyət və turizm müşaviri postuna Murat Karaçanta təyin edilib. O artıq bu həftədən etibarən öz vəzifəsini icra etməyə başlyıb. Murat Karaçanta bu vəzifəyə təyin olunanadək Türkiyə Mədəniyyət və Turizm Nazirliynin İzmir mədəniyyət və turizm idarəsinin rəis yardımçısı vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan öncə bu postu Seyit Ahmet Arslan tuturdu. Onun diplomatik fəaliyyət müddəti bitdiyindən bir neçə ay bundan öncə Türkiyəyə dönüb.
Murat Karaçanta yaxşı bir qamon ifaçısı olmaqla yanaşı, həm də Azərbaycan rəqslərinin mahir ustasıdır. Bunu bu videodan da görmək olar.