BAKI, 30 okt – Sputnik. Türkiyə polisinin Diyarbəkirdə keçirdiyi antiterror əməliyyatı zamanı həbs edilən İŞİD terrorçularından 17-sinin məhkəməsi keçirilib.
Məhkəmə 8 terrorçu barəsində həbs qərarı çıxarıb.
Antiterror əməliyyatı nəticəsində iki polis şəhid olmuş, 7 terrorçu öldürülmüşdü.