BAKI, 30 okt – Sputnik. Ukraynanın şərqində separatçılarla ordu arasında əsir mübadiləsi edilib.
Rusiya tərəfdarı olan 11 separatçı və 9 Ukrayna hərbçisi azadlığa buraxılıb.
Əsir mübadiləsi Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında gerçəkləşib.
Körpü üzərində gerçəkləşən dəyişiklik zamanı tərəflərin əsirləri eyni anda buraxmaları və azad edilən əsirlərin körpünü eyni anda keçmələri diqqət çəkib.
Ukrayna hökumətindən verilən məlumata görə, 139 ukraynalı hələ də separatçıların əlində girov saxlanılır. 790 ukraynalıdan da xəbər alına bilinmir.
Separatçılar və Ukrayna ordusu arasında 2014-cü ildə başlayan vətəndaş müharibəsində 8 mindən çox insan dünyasını dəyişib.