Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: Gürcüstan Azərbaycanın maraqlarına zidd hərəkət edə bilməz

© SputnikРуководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде.
Руководитель Клуба политологов «Южный Кавказ» Ильгар Велизаде. - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Vəlizadə: Regionda Azərbaycanın və digər iqtisadi cəhətdən güclü ölkənin iştirakı olmadan hər hansı iqtisadi layihəni reallaşdırmaq mümkün deyil.

BAKI, 30 okt — Sputnik. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana gözlənilən rəsmi səfərindən bir neçə gün öncə bu ölkəyə səfər etməsi və son günlərdə Gürcüstan rəsmilərinin ölkənin qazla təmin olunması ilə bağlı diversifikasiya siyasətini həyata keçirmək niyyəti bir sıra ciddi məqamlardan xəbər verir. 

Bütün bunları nəzərə alaraq yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadəyə müraciət etdik.

İlqar Vəlizadə Sputnik-ə açıqlamasında bildirdi ki, son dövrlərdə  Azərbaycanın iştirakı olmadan regionda hər hansı qaz layihəsinin reallaşdırılması barədə səsləndirilən fikirlər ancaq siyasi xarakter daşıyır.

“Çünki bu ideyaların arxasında heç bir ciddi iqtisadi hesablamalar dayanmır. Və ümumiyyətlə regionda Azərbaycanın və digər iqtisadi cəhətdən güclü ölkənin iştirakı olmadan hər hansı iqtisadi layihəni reallaşdırmaq mümkün deyil. Ona görə də Ermənistanla Gürcüstanın birgə bölgədə yeni qaz layihəsini reallaşdırılamsı barədə deyilən fikirlər absurddur. Bu iki ölkənin belə bir layihəni reallaşdırmaq üçün heç bir iqtisadi potensialı yoxdur və bu mümkün deyil”, — deyə Vəlizadə vurğuladı.

Onun sözlərinə görə, Ermənistan və Gürcüstanın belə bir istəyi ola bilər, ancaq bunu rellaşdırmaq isə asan məsələ deyil: ”Özü də İrandan Gürcüstana hər hansı qaz kəməri çəkmək coğrafi məkan mürəkkəb olduğundan bu, çox bahalı layihədir. İranın bu layihəyə sərmayə yatırması da ciddi görünmür. Çünki İran da bu layihənin bahalı oldöunudan rentabelli olmayacağını bilir. Digər tərəfdən bu elə də strateji və ya regional əhəmiyyət daşımır. O baxımdan da deyilən bu fikirlərin arxasında real iqtisadi dəstək olmadığından bu fikirlərə ciddi yanaşmaq lazım deyil. Bu sadəcə Ermənistanın siyasi ambisiyalarına söykənin bir ideyadır.”

Politoloq onu da bildirdi ki, Gürcüstanın “Qazprom”la danışıqları davam edir: “Bir daha deyirəm, Gürcüstan burada ölkəsinin qazla təmin olunmasından daha çox geokapitalizasiya məsələlərinə üstünlük verir. Yəni açıq desək Gürcüstan geosiyasi diversifikasyaya üstünlük verərək, təkcə Qərblə deyil, eyni zamanda Rusiya ilə də normal münasibətlər qurmaq istəyir. Bu yolla da bölgədəki rolunu artırmaq istəyir.

“Qazprom”la hər hansı layihə reallaşsa belə, bu yenə də təkrar edirəm, lokal bir layihə olacaq ki, bu da Azərbaycanın həyata keçirdiyi layihələrə heç bir təsir etməyəcək”, — deyə o bildirdi.

Amma bununla belə Vəlizadə hesab edir ki, regionda baş verən proseslərə Azərbaycan biganə yanaşa bilməz: “Əgər maraqlarımıza ziyan vura biləcək hər hansı məsələ olarsa, o zaman dərhal reaksiya verilməlidir. Azərbaycanın isə Gürcüstana təsir etmək üçün kifayət qədər işlək mexanizmləri mövcuddur.”

Digər bir məqamı önə çəkən politoloq bildirdi ki, bu gün Azərbaycanın təşəbbüsü ilə regionda reallaşan layihələrinin alternativi yoxdur və belə layihələr gələcəkdə də ola bilər: “Bakı-Tiflis-Ankara, Bakı-Tehran-Ankara, Ankara-Bakı-Aşqabad,  Ankara-Bakı-Aşqabad-Kabil, Türkdilli ölkələrin əməkdaşlıq Şurası çərçivəsində edilən əməkdaşlıq nəticəsində yeni layihələrin ortaya çıxması istisna deyil. Gürcüstan da bütün bunları yaxşı dərk etdiyindən Azərbaycanın maraqlarına hər hansı zidd hərəkət atacağına inanmıram. Əks halda bundan əziyyət çəkən tərəf elə Gürcüstanın özü olacaq.”

Xəbər lenti
0