BAKI, 30 okt – Sputnik. Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkəsinin üçüncü dəfə seçkilərə gedə bilməyəcəyini söyləyib. O, özəl televiziya kanalına açıqlamasında belə deyib. Davudoğlunun sözlərinə görə, hazırki çətin vəziyyətdə yeni, 3-cü seçkiyə hazırlaşmaq Türkiyə üçün ağır olar.
Partiyasının əsas hədəfinin təkbaşına iqtidar olduğunu bildirən baş nazir, koalisiya danışıqlarının çətinliyindən bəhs edib:
“4 aydır hökumət qura bilmək üçün nələr çəkdiyimi mən bilirəm. Koalisiya Türkiyəyə sərf etməyən bir modeldir. Bu cür hökumətlər dövründə Türkiyə iqtisadi, siyasi baxımdan çox geriyə getdi”.