BAKI, 30 okt – Sputnik. ABŞ-ın Florida ştatında "Boeing 767" tipli sərnişin təyyarəsində yanğın səbəbilə həyata keçirilən təxliyyə zamanı 21 nəfər xəsarət alıb.
Təyyarədə baş verən ani yanğın, uçuşa hazırlaşarkən yaranıb.
Sərnişin təyyarəsindən yanacaq sızdığını görən digər təyyarə pilotları dispetçerə bu barədə məlumat veriblər. Bununla daha böyük faciənin qarşısı alınıb.
Yanğınla birlikdə mühərrik və qanadın bir hissəsi tam yanıb.
Məlumata görə, hadisə anında salonda 110 sərnişin və 9 ekipaj üzvü olub.