BAKI, 29 okt — Sputnik. Müsavat partiyasının başqanı Arif Hacılı sabah keçiriləcək Avropa Şurasının müşahidə missiyası ilə görüşməkdən imtina edib.
Bu barədə Hacılı öz "facebook" səhifəsində yazıb.
"Avropa Şurası Müşahidə Missiyası ilə görüşdən imtina etdim.
Sabah 30 oktyabr tarixdə saat 14 də Holyday İNN otelində Avropa Şurasının müşahidə missiyasının bütün heyəti ilə tək görüşməyimi istəmişdilər.
Görüşdən imtina etdim. Çünki bu müşahidə qrupuna etimadım yoxdur. Ötən səfərlərindən sonra Azərbaycanda seçki ərəfəsi siyasi şərait barədə həqiqəti əks etdirməyən hesabat yaymışdılar.
Bu qrup Azərbaycan hakimiyyətindən Beynəlxalq Birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi qətiyyətlə tələb etmək, siyasi məhbuslarımızın azadlığa buraxılması üçün təsirli tədbirlər görmək əvəzinə iqtidarın bu vəziyyətdə də sudan quru çıxması üçün yollar axtarmaqla məşğuldurlar", deyə Arif Hacılının yazdığı statusda qeyd olunub.