CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir ailə - bir uşaq qanunu ləğv edilir

Abunə olmaq
Yeni qərarla ailələrə iki uşaq dünyaya gətirməyə icazə veriləcək.

BAKI, 29 okt – Sputnik. Çin hökuməti təxminən 40 il qüvvədə olan "Bir ailə — bir uşaq" qaydasını ləğv etmək qərarına gəlib. 

Sputnik report.az-a istinadən xəbər verir ki, bu qərar Pekində Mərkəzi Komitənin dördgünlük sessiyasının yekununda qəbul edilib. Yeni qərarla ailələrə iki uşaq dünyaya gətirməyə icazə veriləcək.

Qaydanın ləğvi haqqında məsləhətləşmələr son illər ərzində aparılıb. 

2013-cü ilin sonunda Çin hökuməti məhdudiyyəti bir qədər yumşaldıb — ana və ya ata ailədə yeganə uşaq olduğu halda, onların ikinci uşağı dünyaya gətirməsinə icazə verilib. 

Xəbər lenti
0