BAKI, 29 okt — Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizəliyi irəli sürülmüş Asim Mollazadə Rusiyanın müxtəlif telekanallarından və agentliklərindən olan jurnalistlərlə görüşüb.
Görüş zamanı Asim Mollazadə partiyanın fəaliyyəti, seçki platformasındakı prioritet təşkil edən məsələlər barədə məlumat verib. Bundan əlavə DİP sədri Azərbaycandakı seçkiqabağı ictimai-siyasi vəziyyət, Azərbaycan-Rusiya münasibətləri, perspektivlər, ölkəmizin beynəlxalq siyasəti, müxtəlif istiqamətlərdəki strategiyaları, Qarabağ problemi və s. barədə fikirlərini bölüşüb.
Sonda jurnalistləri maraqlandıran suallara ətraflı cavab verib.