Ərdoğan: Bəziləri Türkiyədəki qardaşlıqdan narahatdır

© www.tccb.gov.trПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Cümhuriyyətini müasir mədəniyyətlər səviyyəsinə çıxarmaq üçün 92 ildir mübarizə aparıldığını deyən Ərdoğan, ölkəsinin dünyada ən güclü və vacib ölkələrdən birinə çevrildiyini söyləyib.

BAKI, 29 okt – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr Respublika günü münasibətilə xalqa müraciət edib.

Millət olaraq çətinliklə qurulan Türkiyə Cümhuriyyətini müasir mədəniyyətlər səviyyəsinə çıxarmaq üçün 92 ildir mübarizə aparıldığını deyən Ərdoğan, ölkəsinin dünyada ən güclü və vacib ölkələrdən birinə çevrildiyini söyləyib.

“Qardaşlıq, birlik və bərabərlik içində əldə edilən demokratiya mübarizəsindən narahat olanlar hər daim qarşımıza əngəl çıxarıblar. Dövlətimizə qarşı ola biləcək hər cür təhdidin öhdəsindən gələcək gücə, imkana və qərara sahibik”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti daha sonra əlavə edib ki, "78 milyon olaraq keçmişimizdən aldığımız güclə gələcəyə doğru addımlamaqda davam edəcəyik". 

 

Xəbər lenti
0