İŞİD 13 jurnalisti qətlə yetirib

© Sputnik / Mokhamad MarufİŞİD bazarda partlayış törədib
İŞİD bazarda partlayış törədib - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD jurnalistlərə qarşı bu qəddar mövqeyini 2014-cü ildə İraqın Mosul bölgəsini işğal etdikdən sonra ortaya qoyub.

BAKI, 29 okt — Sputnik. Terrorçu İŞİD təşkilatı 13 jurnalisti qətlə yetirib.

Sputnik “Sərhədsiz reportyorlar” təşkilatının hesabatına istinadən xəbər verir ki, İŞİD İraqda 13-dən artıq jurnalisti qətlə yetirib. İŞİD jurnalistlərə qarşı bu qəddar mövqeyini 2014-cü ildə İraqın Mosul bölgəsini işğal etdikdən sonra ortaya qoyub. Hazırda terrorçu İŞİD təşkilatının ən xoşlamadığı və nifrət etdiyi peşə sahibləri KİV nümayəndələri hesab olunur. 

Təşkilatın hesabatında o da bildirilir ki, hazırda 48 KİV nümayəndəsinin taleyi bəlli deyil. Onlar İŞİD-in əlindədirlər.

Xəbər lenti
0