BAKI, 29 okt – Sputnik. “F-35 döyüş təyyarələri İsrailə gələn il göndəriləcək. Biz bu silahları ancaq bölgədə yeganə müttəfiqimiz olan İsrail üçün hazırlamışıq”.
Bunu İsrail müdafiə naziri Moşe Yaalonla keçirdiyi görüşdə jurnalistlərə açıqlamasında ABŞ müdafiə naziri, Pentaqon rəhbəri Eşton Karter deyib.
Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə artmaqda olan gərginlik İsrailin təhlükəsizlik məsələsini gündəmə gətirir.