Bu türk kanallarının yayımı dayandırıldı

© Youtubeİpek media qrupu
İpek media qrupu - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə yaxınlığa ilə tanınırdı.

BAKI, 29 okt – Sputnik. Türkiyədə iki qəzetin çapı, 2 televiziya kanalının da yayımı dayandırılıb. 

Bu barədə həmin media qurumlarının twitter səhifəsində məlumat verilib.

Kanaltürk, Bugün Tv, o cümlədən Bugün və Millət qəzetləri “Koza İpek Holdinq” media qrupuna daxildir. Şirkət ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə yaxınlığa ilə tanınırdı.

“Koza İpek” hökumət çevrilişi etmək, hakimiyyəti ələ keçirməyə cəhd göstərmək və inqilabçı qruplara yardım etməkdə təqsirləndirilir. 

Holdinqin rəhbəri Akın İpək isə həbs edilib. 

Xəbər lenti
0