BAKI, 29 okt — Sputnik. Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək, bəzi yerlərdə qar yağacaq.
Bu barədə Sputnik-ə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Departamnetdən bildirilib ki, respublikada yağmurlu hava şəraiti davam edəcək və oktyabrın 30-da da ölkənin müxtəlif bğölgələrində intensiv yağışlar yağacaq və dağlıq rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında oktyabrın 30-da fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasındahavanın temperaturu gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 30-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.