BAKI, 29 okt – Sputnik. İsrail əsgərlərinin Əl-Əqsa məscidinə qarşı keçirdiyi əməliyyatla başlayan gərginlik İordan çayının qərb sahillərində, Qüds və Qəzzada getdikcə artmaqdadır.
Radikal yəhudilər İsrail əsgərlərinin qoruması altında yenidən məscidə daxil olublar.
Sayları 40 nəfərdən çox olan yəhudi qrup İsrail əsgərləri ilə birgə Mağaribe qapısından məscidə daxil olub. Bu zaman məsciddə olan fələstinlilər etiraz ediblər.
Qüds şəhərinin müsəlmanlar yaşayan hissəsində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurmada 40-dan çox fələstinli yaralanıb.