BAKI, 29 okt – Sputnik. Kolumbiya hökuməti İnqilabçı FARC terror təşkilatı ilə yanvarın 1-dən etibarən atəşkəs elan edəcəklərini açıqlayıb. Bu barədə ölkə prezidenti Xuan Manuel Santos məlumat verib.
Ölkə başçısı tərəflər arasındakı dialoqda son mərhələyə gəldiklərini və razılıq əldə olunarsa sülh elan ediləcəyini bildirib.
Manuel Santos hər iki tərəfin qarşıdurmanın sona çatmasını arzuladığını söyləyib.