Fransa dilə gəldi...

© Sputnik / Валерий Мельников / Mediabanka keçidГорода мира. Париж
Города мира. Париж - Sputnik Azərbaycan
Abunə olmaq
Son doqquz ildə ərazisində 700 min əcnəbi məskunlaşan Fransa artıq qaçqınları qəbul edə bilməyəcəyini bəyan edir

Fransa dilə gəldi...
Fransa yalnız 30 min qaçqını qəbul etməyə hazırdır. Belə bəyanatla ölkənin Baş naziri Manuel Vals çıxış edib. Bir müddət əvvəl Avropa Komissiyası Fransaya160 min nəfəri qəbul etmək üçün mərkəzlərin qurulmasını təklif etmişdi. Lakin Fransızlar deyilən rəqəmdən artıq qaçqını qəbul edə bilmədiklərini anlatdılar. Bundan başqa, Fransa hakimiyyətinin fikirlərinə görə, arzu edən hər kəsin qəbulu mümkün deyil. Bu isə o deməkdir ki, Avropa İttifaqı ilk növbədə problemin səbəbi ilə məşğul olmalıdır.

Fransada qaçqın mövzusunun çox mürəkkəb olduğu və bütün sahələrdə hiss olunduğunu qəbul edirlər. Bu yaxınlarda məlumat yayıldı ki, Fransa Dəmiryolları Milli kompaniyanın əməkdaşlarını öz işlərində qaçqın problemini nəzərə almağa çağırıblar. Sağçı və ultra-sağçılar Dəmiryolları kompaniyasını qaçqınlara pulsuz bilet verməkdə ittiham ediblər. Bəziləri isə hətta şirkətin insan qaçaqmalçılığı ilə məşğul olduğunu bildirdilər. Nəticədə, kompaniya nümayəndələri özlərini müdafiə etmək məcburiyyətində qaldılar: pulsuz bilet paylanması haqda heç nə deyilməyib, lakin inkar etmək olmaz ki, səhv bileti olan və ümumiyyətlə biletsiz olan qaçqınlar rast gəlirlər. Belə insanları heç kim cəzalandırmır: konduktorlara onları düşürtməmək və sadəcə dəyəri sıfıra bərabər olan biletlər rəsmiləşdirmək göstərişi verilib. Bu şərhlər çətin ki siyasətçiləri sakitləşdirsin. “Ali İqtisadiyyat Məktəbi” Universitetinin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər fakültəsinin dekan müavini İqor Kovalyov hesab edir ki, sıravi fransızlar da digər avropalılar kimi öz narazıçılıqlarını bildirirlər:

“Nəzərə almaq lazımdır ki, öz mədəniyyəti, adət-ənənələri, dini baxışları olan miqrantların axını onların köçdükləri ölkələr üçün yetərincə böyük problemlər yaradır. Biz görürük ki, hətta miqrant axınının miqyası nisbətən kiçik olan Avropa İttifaqı ölkələrinin yerli əhalisi kifayət qədər aktivdir və getdikcə bu aktivlik yeni miqrant axınına qarşı daha çox yönəlir”.

Hər hansı bir dövlətə çoxsaylı qaçqınların keçməsi nəticəsində nələrin baş verdiyini Fransa misalında görmək olar. Cəmiyyətin miqrantlar və qaçqınları qəbul edə bilməsi üçün müəyyən normalar var. Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin göstəricilərin bu normaları keçdiyi halda nələrin baş verdiyini danışır:

“Sosiolojı araşdırmalara görə, əsaslı cəmiyyət bir nəsil, yəni 25 il müddətində on faizdən artıq olmayan köçkünü özlərinə inteqrasiya və ya assimilyasiya edə bilər. Son illər ərzində bu rəqəmə diqqət etsək görərik ki, o, Fransa və ya digər Avropa ölkəsi üçün köçkünləri cəmiyyətin bir hissəsi kimi qəbul etmək qabiliyyətindən kəskin artıqdır. Buna vaxt və məhdud konsentrasiya lazımdır. Buna görə də, indi Fransa və digər Avropa ölkələrinin qəbul edən əsaslı cəmiyyətində müəyyən şəxsiyyət dəyişikliyi baş verir. Bu dövlətlər öz keyfiyyətlərini dəyişir, onlar fərqli olacaqlar”.

Müasir Fransada immiqrantların assimilyasiya etməkdən imtina etmələri və Avropa İttifaqı kimi qurumların ölkə iqtisadiyyatını, dövlət və millətləriini sarsıtdığı haqda tez-tez danışırlar. Valeri Korovinin fikrincə, bu proses hələ davam edəcək:

“Bundan sonra, digər millətlərin anklavları yarananda, milli-dövlət modeli silinəcək. Bu son 25 il ərzində baş verir. Bu çoxsaylı xalqlardan ibarət çoxmillətli cəmiyyət olacaq. Belə bir cəmiyyət milli-dövlət modelinə, yəni az qala bütün dünyada yayılan fransız dövlətçiliyik formasına uyğunlaşa bilməz. Bu, belə dövlətçilik formasına çağırış olacaq. Digər Avropa ölkələri kimi Fransa da başqa dövlətçilik formasına keçmək ehtiyacı ilə qarşı-qarşıya qalacaq”.

Lakin bu cür xəbərdarlıqlar hələki Fransada nəzərə alınmır. Hərçənd rəqəmlər bu yanaşmanı dəyişməyi əmr edir: son doqquz il ərzində Fransada 700 min əcnəbi məskunlaşıb. Ekspertlər hesablayıblar ki, tezliklə Fransanın hər onuncu sakinini bura köçmüş miqrantlar təşkil edəcəklər.

“Sputnik” (Rusiya)

Xəbər lenti
0