Dünya Yəhudi Konqresi İsrail qarşısında tələb qoydu

© AFP 2024 / JACK GUEZİsrail bayrağı
İsrail bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Konqresin rəhbəri Ronald Lauder, iki dövlətli həllin qaçınılmaz olduğunu xatırladaraq, İsrail hökumətini qəti addımlar atmağa səsləyib.

BAKI, 29 okt – Sputnik. Dünya Yəhudi Konqresi Fələstin-İsrail məsələsində “iki dövlətli həll” üçün İsrail rəhbərliyinə çağırış edib. Konqresin rəhbəri Ronald Lauder, iki dövlətli həllin qaçınılmaz olduğunu xatırladaraq, İsrail hökumətini qəti addımlar atmağa səsləyib.

Konqresin rəhbəri mövzu ilə bağlı fikirlərini Romada keçirilən Xarici Jurnalistlər Dərnəyində bölüşüb. 

Ronald Lauder, “iki dövlətli həll” variantının tez bir zamanda gerçəkləşməsi üçün həm Fələstin prezidenti Mahmud Abbas, həm də İsrail Baş naziri Binyamin Netanyahu ilə ayrı-ayrılıqda görüşdüyünü və hər ikisinə də ön şərtsiz bu müzakirələrə başlamağın vacibliyini bildirdiyini xatırladıb.

"Ümid edirəm ki, müzakirələr başlayar və başlamalıdır da. İki tərəf də problemin nə olduğunu çox yaxşı bilir. Əgər bir masa ətrafında əyləşə bilsələr bütün problemlərə həll tapılar", deyə Lauder əlavə edib.

Xəbər lenti
0