SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: Müsavat qalan sosial bazasını da itirdi

Политолог Фикрет Садыхов
Политолог Фикрет Садыхов - Sputnik Azərbaycan
Abunə olmaq
Müsavat Partiyasının seçkilərə bir neçə gün qalmış seçki prosesindən imtina etməsi, onun zəifliyinin göstəricisidir. Bunu Sputnik-ə açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

BAKI, 28 okt — Sputnik. Müsavat Partiyasının seçkilərə bir neçə gün qalmış seçki prosesindən imtina etməsi, onun zəifliyinin göstəricisidir.

Bunu Sputnik-ə açıqlamasında politoloq Fikrət Sadıxov deyib. 

Onun sözlərinə görə,  Müsavat partiyası əvvəlcədən bilirdi ki, seçkilərdə hansısa səviyyədə uğur qazana bilməyəcək, ona görə də seçkiyə 3-4 gün qalmış seçkidən imtina etdi. 

“Ancaq bu düzgün taktika deyil. Çünki seçkiyə qatılıb və son mərhələdə seçkidən imtina etmək səhv taktiki addımdır və bu artıq keçmişdə qalıb. Bu, eyni zamanda seçiciyə olan hörmətsizlikdir”, — deyə Sadıxov əlavə edib.

Politoloq hesab edir ki, Müsavat və seçki prosesindən imtina edən digər qüvvələr də bu yolla əslində öz məğlubiyyətlərinə imza atıblar: “Müsavat bu yolla öz məğlubiyyətlərini sığortalamağa cəhd edib. Məgər Müsavat əvvəlcədən məğlub olacağını bilmirdi? Əgər mübarizəyə qoşulmusansa sonadək mübarizə apar. Yox, mübarizəyə əmin deyilsənsə niyə qoşulub özünü hörmətsiz edirsən və nəticədə də olan-qalan sosial  bazanı itirirsən? Odur ki, Azərbaycan müxalifəti hər zaman olduğu kimi bu dəfə də seçkilərdə  uğursuz taktika seçdi və nəticədə məğlubiyyətlə üzləşdi. Bu da onların olan qalan nüfuzlarının və sosial bazalarının itirilməsi ilə nəticələndi.”

Noyabrın 1-də Azərbaycanda 5-ci çağırış Milli Məclisə seçkilər keçriləcək.  Bu seçkilərdə ümumilikdə 24 siyasi partiya iştirak edir.  

Xəbər lenti
0