CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əgər seçki günü 18 yaşın tamam olursa...

© Личный архив А.ДжафаровойАйдан Джафарова
Айдан Джафарова - Sputnik Azərbaycan
Abunə olmaq
Seşki günü 18 yaşı tamam olan 250 seçici səs verməyə gəldikdə, onlara qiymətli hədiyyələr veriləcək.

BAKI, 28 okt – Sputnik. Azərbaycanda Milli Məclisə seçkilər keçirilən gün 250 nəfərin 18 yaşı tamam olacaq (Azərbaycan qanunvericiliyinə görə, vətəndaşlar 18 yaşdan etibarən səsvermə hüququna malikdirdilər- red.). Bu barədə məlumatı Sputnik-ə Mərkəzi seçki komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli verib. 

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. MSK-nın məlumatına görə, parlamentdəki 125 yerə 767 namizəd iddialıdır. Ümumiyyətlə, Azərbaycanda 63 min adam birinci dəfə səs verəcək. 

“Onlardan 250 nəfərinin məhz noyabrın 1-i – seçkilər günü 18 yaşı tamam olacaq”, – deyə Əsədli bildirib. 

Seşki günü 18 yaşı tamam olan 250 seçici səs verməyə gəldikdə, onlara qiymətli hədiyyələr veriləcək.  Bakının Yasamal rayonunda cəmi bir nəfərin seçki günü 18 yaşı tamam olacaq.

Sputnik Azərbaycanın-in müxbiri bu seçicini tapa bilib.

Bakı şəhər sakini Aydan Cəfərova 1997-ci il noyabrın 1-də anadan olub və parlament seçkiləri günü onun 18 yaşı tamam olacaq. Onun sözlərinə görə, bu ilk ad günüdür ki, onu qohumlardan və dostlardan əlavə bütün ölkə təbrik edir.

«Mən şadam ki, məhz bu gündə anadan olmuşam. Məni artıq Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, dairə seçki komissiyasının sədri, eləcə də Bakının Yasamal rayon icra hakimiyyətinin başçısı təbrik ediblər.

Bu günə qədər mən siyasətlə maraqlanmırdım. Mənim üçün incəsənət daha prioritetli idi.

Amma indi mənim arzum Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmaq və siyasi platformada Azərbaycan mədəniyyətini təbliğ etməyə davam etməkdir», – gənc rəssam Aydan bildirib.

Aydan Cəfərova onu da əlavə edib ki, normal bir cəmiyyət qura bilmiş ölkəsi və hökuməti ilə fəxr edir.

“Mənə dedilər ki, məni seçki günü xoş bir sürpriz gözləyir. Mən — Azərbaycan gənclərin nümayəndəsiyəm və dövlət dəstəyini hiss etmək mənə xoşdur. Mən də, öz növbəmdə, mənə göstərilən etimadı doğrultmağa və ölkəmin layiqli təmsilçisi olmağa söz verirəm”, – deyə Cəfərova bəyan edib.

Xəbər lenti
0