SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: Müsavatın qərarı səhv seçkiöncəsi taktikanın nəticəsidir

© Sputnik / Али МамедовПолитолог Тофик Аббасов
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan
Abunə olmaq
Müsavat Partiyasının parlament seçkilərdən geri çəkilməsi bu partiyanın seçkiöncəsi düzgün taktika seçməməsinin nəticəsidir. Bunu Sputnik-ə açıqlamasında politoloq Tofiq Abbasov deyib.

BAKI, 28 okt — Sputnik. Müsavat Partiyasının parlament seçkilərdən geri çəkilməsi bu partiyanın seçkiöncəsi düzgün taktika seçməməsinin nəticəsidir. 

Bunu Sputnik-ə açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə,  hər hansı bir siyasi partiya və ya təşkilat ölkədəki ciddi siyasi prosesə qoşulmadan öz imkanlarını ölçüb-biçir və ondan sonra iştirak barədə qərar verir.

“Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki prosesi ciddi siyasi hadisə olduğundan özünə hörmət edən istənilən siyasi təşkilat bu prosesə qoşularkən təkcə özünə deyil, eyni zamanda seçicilərinə də hörmət etməyi tələb edir. Ancaq Müsavat Partiyasının seçkiyə 3 gün qalmış prosesdən geri çəkilməsi bir daha göstərdi ki, Azərbaycan müxalifəti hələ də köhnə prinsiplərinə sadiqdir və onlar müasir siyasi mübarizə metodlarından çox uzaqdırlar. Azərbaycan müxalifətinin qərarları hər zaman spontan olduğundan bu dəfəki, qərarı da spontan xarakter daşıdı. Yəni əvvəlcədən düşünülmüş qərar deyil. Əgər belə olsaydı, o zaman Azərbaycan müxalifəti indiyədək hansısa uğura imza atmış olardı”, — deyə Abbasov əlavə etdi.

Onun fikrincə, Müsavatın bu qərarını sistemli bir fəaliyyətini məntiqi nəticəsi kimi deyil, siyasi prosesin gedişı zamanı qəbul edilmiş taktiki addım kimi xarakterizə etmək olar: “Çünki Müsavat partiyası əvvəlcədən bu seçkilərdə məğlubiyyətə düçar olacağını bilirdi və onların indi ortaya atdıqları bəhanələr sadəcə öz məğlubiyyətlərini sığortalamağa xidmət edir. Onların geri çəkilmək barədə qərarları bir daha zəifliklərinin göstəricisidir.”

Politoloq hesab edir ki, Azərbaycanda seçkiöncəsi demokratik mühit var və bütün siyasi qüvvələrə və namziədlərə mübarizə aparmaq üçün bərabər şərait yaradılıb.  “Seçkiyə hazırlıq işləri isə yüksək səviyyədə təşkil edilib”, — deyə o bildirdi.

Noyabrın 1-də Azərbaycanda 5-ci çağırış Milli Məclisə seçkilər keçriləcək. Bu seçkilərdə ümumilikdə 24 siyasi partiya iştirak edir.

Xəbər lenti
0