SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Azadlıq 2015” bloku da seçkidə iştirakla bağlı qərarına baxacaq

© btnet.com.trSəsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
“Azadlıq 2015” seçki blokuna daxil olan partiyalar da noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarlarına baxacaqlar.

BAKI, 28 okt — Sputnik. “Azadlıq 2015” seçki blokuna daxil olan partiyalar da noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarlarına baxacaqlar.

Bu barədə Sputnik-ə bloka daxil olan Vətəndaş və İnkişaf Partiyasından  (VİP) verilib. 

Partiyadan bildirilib ki, bu məqsədlə oktyabrın 30-da VİP Siyasi Şurasının növbədənkənar iclası keçiriləcək. Siyasi Şuranın iclasında VİP-in  1 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakını davam etdirib-etdirməmək məsələsi müzakirə olunacaq.

Xəbər lenti
0